Mucadilə - 58:5 Allaha və Elçisinə qarşı gələnlər, özlərindən öncəkilər necə alçaldıldısa, eləcə alçaldılacaqlar. Biz, açıq-aşkar ayələr nazil etmişik. İnkar edənlər üçün utandırıcı bir əzab vardır.
"Utanc verən əzab":
Tovbə/9:63 Bilmədilərmi ki, kim Allah və elçisinə qarşı gələrsə, içində əbədi qalacağı Cəhənnəmə məhkum olar? Bu böyük bir alçaldılmadır.

Yunus/10:26 Gözəl davrananlara daha artığı vardır. Üzlərini nə bir məhrumiyyət, nə də bir alçalma hissi bürüyər. Onlar cənnət əhlidir. Orada əbədi qalacaqlar.

Şura/42:45 Alçalmış və başları əyilmiş olaraq atəşə göndərilərlərkən göz ucu ilə çevrələrinə baxdıqlarını görərsən. İman edənlər, "Gerçək itkiyə məruz qalanlar, Dirilmə Günündə özlərini və ailələrini itirənlərdir. Zalımlar sürəkli bir əzaba məhkum olmuşdur," deyərlər.

Qaləm/68:43 Gözləri aşağı salınmış bir vəziyyətdə, onları rəzillik bürüyər. Halbuki onlar sağlam ikən səcdəyə çağırılmışdılar.

Rahmən/55:41 Günahkarlar üzlərindən tanınar və zorla götürülərlər.

Ta ha/20:102 Boruya üfürüləcəyi gün, günahkarları o gün göyərmiş (kədərdən üzlərinin bozarmış) olaraq toplayarıq.

Yunus/10:27 Pislik və günah qazananlara isə pisliyinin eynisi ilə qarşılıq verilər. Üzlərini bir alçalma hissi bürüyər. Allahdan başqa bir qoruyucuları yoxdur. Üzləri sanki qaranlıq gecədən bir parçayla bürünmüşdür. Onlar atəş əhlidir; onlar orada əbədi qalacaqlar.


İbrahim/14:49 O gün günahkarları, zəncirlərə vurulmuş olaraq görərsən.
İbrahim/14:50 Geyimləri qatrandandır və üzlərini atəş bürüyər.
İbrahim/14:51 Beləcə Allah hər kəsə qazandığının qarşılığını verir. Allah tez haqq-hesab çəkəndir.

Əbəsə/80:42 Bax onlar inkar edənlərdir, yoldan çıxanlardır.