Mucadilə - 58:9
Ey iman edənlər, gizli görüşdüyünüz vaxt günah, düşmənçilik və elçiyə üsyan üçün danışmayın; yaxşılıq və müttəqilik üçün danışın. Hüzuruna toplanacağınız Allahı dinləyin.
İman edənlər, görüşdüyü vaxt yaxşılıq və gözəl əxlaq üçün danışar:
Ali İmran/3:110
Siz, insanlar üçün (üzə) çıxarılmış ən yaxşı topluluqsunuz. Yaxşılığı öyüd-nəsihət edir, pislikdən çəkindirir və Allaha iman edirsiniz. Kitab əhli iman etsəydi, özləri üçün yaxşı olardı. İçərilərində iman edənlər olmaqla birlikdə əksəriyyəti yoldan çıxmışdır.
Ali İmran/3:114
Allaha və Axirət gününə iman edirlər, yaxşılığı öyüd-nəsihət edir, pislikdən çəkindirər və yaxşı işlərə tələsirlər. Məhz onlar yaxşılardandır.
Ali İmran/3:115
Etdikləri heç bir yaxşılıq qarşılıqsız qalmayacaqdır. Allah müttəqiləri çox yaxşı bilir.
Tovbə/9:71
İman edən kişilər və iman edən qadınlar bir-birlərinin dostudur. Yaxşılığı əmr edərlər, pislikdən çəkindirərlər, namazı qoruyurlar, zəkatı verirlər, Allaha və elçisinə tabe olarlar. Bax, Allah onlara rəhmət edəcəkdir. Allah Üstündür, Hikmət sahibidir.
Tovbə/9:111
Allah iman edənlərin canlarını və mallarını cənnət qarşılığında satın almışdır. Allah yolunda savaşırlar, öldürürlər və öldürülürlər. Bu, Onun Tövratda, İncildə və Quranda verdiyi bir sözdür. Verdiyi sözü, Allahdan daha yaxşı kim yerinə yetirə bilər? Elə isə bu alış-verişinizə görə sevinin. Ən böyük uğur budur.
Tovbə/9:112
Onlar: Tövbə edən, qulluq edən, həmd edən, aktiv, əyilən, səcdə edən, yaxşılığı müdafiə edən, pislikdən çəkindirən və Allahın qayda-qanunlarını qoruyan insanlardır. İman edənləri müjdələ.
Həcc/22:41
Onlar (o kəslər) ki, onları yer üzünə yönəticilər etdiyimiz zaman, namazı qoruyar, zəkatı verər, yaxşılığı əmr edər və pislikdən çəkindirərlər. Son qərar Allaha aiddir.
Loğman/31:17
"Əziz Oğlum, namazı qoru, yaxşılığı əmr et, pislikdən çəkindir və başına gələnə səbr et. Bunlar təməl davranışlardandır."