Həşr - 59:1 Göylərdə və yerdə nə varsa, Allahı ucaldır. O, Üstündür, Hikmət Sahibidir.
Digər varlıqların Allahı ucaltması, bizim hiss edə bilməyəcəyimiz şəkildə ola bilər:
Rad/13:13 Göy gurultusu Onu tərifləyərək, Mələklər də Onu hörmətlə Ucaldırlar. O, ildırımları göndərir və istədiyini onlarla vurar. Onlar hələ də, Allah haqqında mübahisə edirlər. O, Yenilməz gücə sahibdir.

Səba/34:10 Qatımızdan Davuda lütf bəxş etmişdik: "Ey dağlar, tərənnümünə qatılın; ey quşlar sizlər də." Ona dəmiri yumşaltmışdıq.

Nur/24:41 Cərgələr halında uçan quşlar daxil, göylərdə və yerdə olan hər kəsin Allahı ucaltdığını görmürsənmi? Hər biri öz duasını və ucaltma yöntəmini bilir. Allah onların etdiklərini yaxşı bilir.

Fussilət/41:11 Sonra duman halındakı göyə yönələrək, ona və yerə, "İstəyərək və ya istəməyərək (xaosdan çıxıb) gəlin," dedi. Onlar da, "İstəyərək gəldik," dedilər.