Maidə - 5:106 Ey iman edənlər! Birinizə ölüm yaxınlaşdığı vaxt, aranızdan iki ədalətli şahid tanıq olsun. Yolçuluq (səfər) anında sizə ölüm gələrsə, sizdən olmayan iki şəxs... Şübhələnirsinizsə, namazdan sonra şahidləri saxlayıb Allah adıyla: "Əqrəba belə olsa, şahidliyimizi heç bir dəyərlə dəyişdirməyəcəyik, Allahın şahidliyini gizləməyəcəyik. Əks təqdirdə, günahkarlardan olarıq," deyə and içdirin.
Namazın məqsədi nədir?
Bəqərə/2:45 Çətinliklərə qarşı səbr və namaz ilə yardım diləyin. Əlbəttə bu, insanlara ağır gəlir; ancaq itaət edənlər xaric.

Ənkəbut/29:45 Sənə vəhy etdiyimiz kitabdan oxu və namazı qoru. Çünki namaz, iyrənc və pis şeylərdən kənarlaşdırır. Allahı (namaz yolu ilə) xatırlamaq ən önəmlidir. Allah nə etdiyinizi bilir.

Hud/11:87 Dedilər ki: "Şueyb, atalarımızın qulluq/xidmət etdiklərindən və ya ticarətimizi istədiyimiz kimi idarə etməkdən əl çəkməyimizi, sənin namazınmı lazım bilir? Sən əslində yumşaq xasiyyətlisən, ağıllısan."

Ta ha/20:14 "Mən, bəli Mən Allaham; Məndən başqa tanrı yoxdur. Mənə qulluq et və Məni xatırlamaq üçün namazı qoru!"


Fəth/48:29 Allahın Elçisi Muhəmməd və bərabərində olanlar inkar edənlərə qarşı sərt və öz aralarında isə mərhəmətlidirlər. Onları, əyilib səcdə edərək Allahdan lütf və razılıq diləyərkən görərsən. Üzlərində səcdələrin izləri vardır. Bu, onların Tövratdakı vəsfləridir. İncildəki vəsfləri isə, tumurcuğunu çıxarıb gücləndirmiş və qalınlaşıb gövdəsi üzərinə qalxaraq əkinçiləri sevindirən bitki kimidir. O, onlarla inkar edənləri öfkələndirir. Allah, onlardan iman edib müttəqi davrananlara bağışlanma və böyük bir mükafat söz vermişdir.