Maidə - 5:106 Ey iman edənlər! Birinizə ölüm yaxınlaşdığı vaxt, aranızdan iki ədalətli şahid tanıq olsun. Yolçuluq (səfər) anında sizə ölüm gələrsə, sizdən olmayan iki şəxs... Şübhələnirsinizsə, namazdan sonra şahidləri saxlayıb Allah adıyla: "Əqrəba belə olsa, şahidliyimizi heç bir dəyərlə dəyişdirməyəcəyik, Allahın şahidliyini gizləməyəcəyik. Əks təqdirdə, günahkarlardan olarıq," deyə and içdirin.
Allah məqsədli anlardan məsuliyyətli tutar:
Maidə/5:89 Allah qəsdiniz olmadan içdiyiniz andlardan sizi məsuliyyətli tutmaz. Ancaq bilə-bilə içdiyiniz andlardan sizi məsuliyyətli tutar. Andınızı pozsanız cəzası, ailənizə ümumi olaraq yedirtdiyiniz yeməklərdən on yoxsulu doyurmaq və ya geyindirmək və ya bir köləni azad etməkdir. Kim tapa bilməzsə üç gün oruc tutmalıdır. Bu, bilə-bilə içdiyiniz andlarınızın cəzasıdır. Andlarınızı qoruyun. Allah gözəl qarşılıq verəsiniz deyə ayələrini bu cür açıqlayır.