Maidə - 5:108 Bu tətbiq, şahidliyi lazımi qaydada etmələrini və and içdikdən sonra andlarının rədd edilməsindən qorxmalarını təmin etmək üçündür. Allaha ehtiram edin və dinləyin. Allah yoldan yaxşıca çıxmış topluluğu doğru yola yönəltməz.
Vəsiyyət necə edilməli?
Nisa/4:7 Ana-atanın və əqrəbaların qoyub getdikləri maldan kişilərə bir pay vardır. Ana-atanın və əqrəbaların qoyub getdikləri maldan qadınlara da bir pay var. Miras istər az olsun, istər çox olsun (qadın) bir pay almalıdır.
Nisa/4:8 Mirasın bölgü vaxtında, əqrəbalar, yetimlər və yoxsullar da iştirak edərlərsə, gözəl sözlər söyləyərək onlara da verin.
Nisa/4:9 Geriyə zəif övladlar buraxan və onların vəziyyətlərindən narahat olanlar diqqət etsinlər. Allahı düşünsünlər və uyğun qərarlar versinlər.
Nisa/4:11 Allah övladlarınız haqqında sizə belə tövsiyə edir. Kişiyə, iki qadının payı qədər pay düşür. Mirasçılar (övladlar) sadəcə qadın olub iki nəfərdən artıqdırlarsa qalan malın üçdə ikisi onlarındır. Övlad sadəcə bir qadındırsa qalan malın yarısı onundur. Əgər ölənin övladı varsa, onun ana və atasının hər birinə altıda bir düşər. Əgər onun övladı yoxdursa, varisi də ancaq ana və atasıdırsa, bu vəziyyətdə anasına üçdə bir pay düşər. Əgər ölənin qardaşı (və ya bacısı) varsa, bu vəziyyətdə onun anasına altıda bir düşər. Bütün bu bölüşmə ölçüləri, ölənin etdiyi vəsiyyətdən və borcların ödənməsindən sonra gəlir. Analarınız, atalarınız və övladlarınızdan hansının sizə daha faydalı olduğunu bilə-bilməzsiniz. Bu Allahın qanunudur. Allah Biləndir, Hikmət Sahibidir.
Nisa/4:12 Əgər vəfat etmiş zövcələrinizin övladı yoxdursa, qoyub getdikləri mirasın yarısı sizindir. Yox əgər onların övladı varsa, onda qoyub getdiklərinin dörddə biri sizindir. Bu pay, borclarının ödənməsindən və etdikləri vəsiyyətdəki payların dağıdılmasından sonradır. Əgər sizin övladınız yoxdursa, buraxdığınızın dörddə biri onlarındır. Yox əgər övladınız varsa, onda buraxdığınızın səkkizdə biri onlarındır. Bu pay, borclarınızın ödənməsindən və etdiyiniz vəsiyyətdəki payların dağıdılmasından sonradır. Miras buraxan kişinin və ya qadının övladı və həyat yoldaşı olmayıb bir qardaşı və ya bir bacısı var isə bu vəziyyətdə hər birinə altıda bir düşər. Bundan çoxdurlarsa, üçdə birini bölüşürlər. Bu bölüşmə vəsiyyətdəki payların dağıdılmasından və borcların ödənilməsindən sonra tətbiq edilməlidir ki, kimsəyə zərər verilməsin. Bu, Allahdan bir vəsiyyətdir. Allah Bilir, Şəfqətlidir.

Maidə/5:106 Ey iman edənlər! Birinizə ölüm yaxınlaşdığı vaxt, aranızdan iki ədalətli şahid tanıq olsun. Yolçuluq (səfər) anında sizə ölüm gələrsə, sizdən olmayan iki şəxs... Şübhələnirsinizsə, namazdan sonra şahidləri saxlayıb Allah adıyla: "Əqrəba belə olsa, şahidliyimizi heç bir dəyərlə dəyişdirməyəcəyik, Allahın şahidliyini gizləməyəcəyik. Əks təqdirdə, günahkarlardan olarıq," deyə and içdirin.
Maidə/5:107 Şahidlərin tərəfli olduğu anlaşılarsa, öncəki şahidlərin haqsızlığına uğrayan tərəfdən iki şahid onların yerinə keçər və Allahın adı ilə belə and içərlər: "Şahidliyimiz digər ikisinin şahidliyindən daha doğrudur. Biz azmayacağıq; yoxsa zalım olarıq."
Maidə/5:108 Bu tətbiq, şahidliyi lazımi qaydada etmələrini və and içdikdən sonra andlarının rədd edilməsindən qorxmalarını təmin etmək üçündür. Allaha ehtiram edin və dinləyin. Allah yoldan yaxşıca çıxmış topluluğu doğru yola yönəltməz.