Maidə - 5:109
Allah elçiləri topladığı gün: "Sizə nə cavab verildi?" - deyər. "Bir biliyimiz yoxdur. Gizli şeyləri bilən Sənsən!" - deyərlər.
Dirilmə günü elçilər də hesaba çəkiləcəklər:
Ali İmran/3:81
Allah peyğəmbərlərdən (nəbilərdən) bu cür söz almışdı: “Sizə Kitab və hikmət verəcəyəm, daha sonra yanınızdakıları təsdiqləyən bir elçi (rəsul) gəldiyi vaxt ona iman edəcək və onu dəstəkləyəcəksiniz. Bunu qəbul etdinizmi və bu sözləşməni yerinə yetirəcəyinizə dair söz verdinizmi?" - demişdi. Onlar "Qəbul etdik," - deyincə, "Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam," - demişdi.
Ali İmran/3:82
Bundan sonra kim dönərsə yoldan çıxmışdır.
Maidə/5:109
Allah elçiləri topladığı gün: "Sizə nə cavab verildi?" - deyər. "Bir biliyimiz yoxdur. Gizli şeyləri bilən Sənsən!" - deyərlər.
Maidə/5:116
Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."
Ənbiya/21:25
Səndən öncə (elə) bir elçi göndərmədik ki, ona: "Məndən başqa tanrı yoxdur; sadəcə Mənə qulluq edin!" deyə vəhy etmiş olmayaq.
Ənbiya/21:26
"Rəhman (Özünə) bir övlad götürdü," dedilər. O Ucadır. Halbuki onlar şərəfli qullardır.
Ənbiya/21:27
Onlar Ondan öncə söz söyləməzlər; onun əmrlərini isə ciddiyyətlə yerinə yetirərlər.
Ənbiya/21:28
O (Allah) onların keçmişini və gələcəyini bilir. Onlar Onun razı olduğu qullarından başqası üçün şəfaət etməzlər. Onlar belə Onun qarşısında hörmətdən tir-tir əsirlər.
Ənbiya/21:29
Onlardan kim, "Mən Onun yanında bir tanrıyam," deyərsə, onu Cəhənnəmlə cəzalandırarıq; zalımları Biz bu cür mükafatlandırırıq.
Əhzab/33:7
Nəbilərdən (peyğəmbərlərdən) misaq (söz) almışdıq. Səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan... Onlardan çox sağlam bir söz almışdıq.
Əhzab/33:8
Beləcə doğrulardan doğruluqlarını soruşacağıq. İnkarçılar üçün isə ağrılı-acılı bir əzab hazırlanmışdır.
Əraf/7:6
Özlərinə mesaj göndərilənləri də sorğu-suala çəkəcəyik, elçiləri də sorğu-suala çəkəcəyik.
Ğafir/40:55
Elə isə səbr et. Çünki Allahın sözü gerçəkdir. Günahların üçün də bağışlanma istə və Rəbbini axşam, səhər tərifləyərək Ucalt.
Fəth/48:2
(Ona görə) ki Allah, keçmiş və gələcək günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın və səni doğru yola yönəltsin.
Əhqaf/46:9
De ki, "Mən qeyri-adi bir elçi deyiləm. Mənə və sizə nə olacağını da bilmirəm. Mən, ancaq mənə vəhy edilənə tabe oluram. Mən açıq-aşkar bir xəbərdar edəndən başqa bir şey deyiləm."