Maidə - 5:110 Allah deyəcək ki: "Ey Məryəm oğlu İsa! Sənə və anana bəxş etdiyim nemətimi xatırla. Səni Müqəddəs Ruh ilə dəstəkləmişdim; beləcə beşikdə ikən də, yetkin çağında da insanlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. İznimlə palçıqdan quş heykəli yaradırdın və ona üfürüncə də iznimlə quş olurdu. Koru və cüzam xəstəliyinə tutulanı iznimlə yaxşılaşdırırdın. Yenə Mənim iznimlə ölüləri dirildirdin. İsrail oğullarına açıq-aşkar dəlillər gətirmənə rəğmən, içərilərindəki inkar edənlər, "Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir," - demişdilər, sonra da səni onlardan qurtarmışdım.
İncil nə üçün nazil edildi?
Ali İmran/3:50 "Məndən öncəki Tövratı təsdiqləmək və sizə haram edilən bəzi şeyləri halal etmək üçün göndərildim. Sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahı dinləyin və məni izləyin."

Maidə/5:46 Onların ardından, öncəki Tövratı təsdiqləyici olaraq Məryəm oğlu İsanı göndərdik. Ona, içində hidayət və nur olan, öncəki Tövratı təsdiqləyən və müttəqilər üçün bir yol göstərən və öyüd-nəsihət olan İncili verdik.