Maidə - 5:111 Həvarilərə (tələbələrə): "Mənə və elçimə iman edin," - deyə vəhy etdiyimdə; "İman etdik, Bizim müsəlman (təslim) olmamıza şahid ol," - demişdilər.
Allaha iman etmənin ən önəmli meyarı:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."