Maidə - 5:119
Allah elan edəcək: "Bu, doğrulara doğruluqlarının fayda verdiyi gündür." Onlar üçün içlərindən çaylar axan və orada sürəkli qalacaqları cənnətlər (bağçalar) var. Allah onlardan, onlar da Ondan razı olmuşdur. Böyük uğur məhz budur...
Neçə cənnət var?
Rahmən/55:46
Rəbbinin görkəmindən qorxanlar üçün iki cənnət var.
Rahmən/55:47
Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:48
Cürbəcür qidalarla doludur hər ikisi.
Rahmən/55:49
Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:50
İçərilərində axan bulaqlar vardır.
Rahmən/55:51
Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:52
İkisində də hər meyvədən iki növ vardır.
Rahmən/55:53
Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:54
Astarları atlazdan olan yataqlara yaslanarlar, hər iki cənnətin meyvələri çox yaxındır.
Rahmən/55:55
Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:56
Oralarda, daha öncə nə bir insan, nə də bir cin tərəfindən toxunulmamış, baxışlarını dikmiş eşlər vardır.
Rahmən/55:57
Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:58
Onlar yaqut və mərcan kimidirlər.
Rahmən/55:59
Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:60
Yaxşılığın qarşılığı, yalnız yaxşılıq deyildirmi?
Rahmən/55:61
Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:62
O ikisindən başqa iki cənnət daha var.