Maidə - 5:119 Allah elan edəcək: "Bu, doğrulara doğruluqlarının fayda verdiyi gündür." Onlar üçün içlərindən çaylar axan və orada sürəkli qalacaqları cənnətlər (bağçalar) var. Allah onlardan, onlar da Ondan razı olmuşdur. Böyük uğur məhz budur...
Cənnətdəki çaylar:
Muhəmməd/47:15 Müttəqilərə söz verilən cənnətin örnəyi budur: İçində çox təmiz sudan çaylar, dadı pozulmayan süddən çaylar, içənlərə ləzzət verən sərxoş edici maddələrdən olan çaylar və süzmə baldan çaylar vardır. Onlar üçün orada hər cürə məhsul və Rəblərindən bir bağışlanma vardır. Bunların vəziyyəti, atəşdə sürəkli qalan və bağırsaqlarını deşən qaynar bir sudan içirdilən kimsələrin vəziyyəti kimi ola bilərmi?