Maidə - 5:12 Allah, İsrail oğullarından söz almışdı və içlərindən on iki başçı göndərmişdik. Allah demişdi ki: “Namazı qoruyarsanız, zəkatı verərsəniz, elçilərimə iman edip onlara hörmət qoyarsanız və Allaha gözəl bir borc verərsəniz sizinlə bərabərəm. Günahlarınızı örtər, içlərindən çaylar axan bağçalarda ağırlayaram. Artıq sizdən kim bundan sonra inkar edərsə, doğru yoldan azmış olar."
İsrail oğullarının onlara göndərilən elçilərlə rəftarı necə idi?
Bəqərə/2:61 Fəqət siz, “Musa! Biz eyni cür yeməklərə dözə bilməyəcəyik. Rəbbini bizim üçün çağır, bizə lobya, qabaq, sarımsaq, mərcimək, soğan kimi torpağın bitirdiyindən yetişdirsin," demişdiniz ki: "Yaxşı olanı daha aşağı olanlamı dəyişdirmək istəyirsiniz? İstəyirsinizsə Misirə geri dönün, orada axtardığınızı tapa bilərsiniz!" demişdi. Beləcə alçaqlıq və yoxsulluğa məhkum edildilər və Allahın qəzəbinə məruz qaldılar. Çünki onlar Allahın ayələrinə qarşı sürəkli nankorca davranırlar, peyğəmbərləri haqsız yerə öldürürdülər. Çünki onlar, qarşı gəlib həddi aşırdılar.

Maidə/5:110 Allah deyəcək ki: "Ey Məryəm oğlu İsa! Sənə və anana bəxş etdiyim nemətimi xatırla. Səni Müqəddəs Ruh ilə dəstəkləmişdim; beləcə beşikdə ikən də, yetkin çağında da insanlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. İznimlə palçıqdan quş heykəli yaradırdın və ona üfürüncə də iznimlə quş olurdu. Koru və cüzam xəstəliyinə tutulanı iznimlə yaxşılaşdırırdın. Yenə Mənim iznimlə ölüləri dirildirdin. İsrail oğullarına açıq-aşkar dəlillər gətirmənə rəğmən, içərilərindəki inkar edənlər, "Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir," - demişdilər, sonra da səni onlardan qurtarmışdım.

Bəqərə/2:87 Musaya Kitabı verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Məryəm oğlu İsaya da açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Məgər bir elçi sizə xoşlamadığınız bir şey gətirdikdə təkəbbür göstərmədinizmi? Necə ki, (onların) bir qismini yalançı hesab etdiniz və bir qismini də öldürdünüz.
Bəqərə/2:91 Onlara, “Allahın nazil etdiyinə iman edin!”– deyildiyində, (onlar:) “Biz özümüzə nazil edilənə iman edirik”– deyərək ondan sonra gələni inkar edərlər. Halbuki bu, yanlarında olanı təsdiqləyən gerçəkdir. De: “İman etmişdinizsə, nə üçün daha öncə Allahın peyğəmbərlərini öldürürdünüz?”

Ali İmran/3:21 Allahın ayələrini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə və insanlar arasında ədaləti müdafiə edənləri öldürənlərə ağrılı-acılı bir əzabı müjdələ.
Ali İmran/3:112 Harada olurlarsa olsunlar, -Allahın ipinə, ya da insanların ipinə (sözləşməsinə) sığınanlar xaric- alçaldılar. Allahın qəzəbinə layiq görüldülər və yoxsulluğa məhkum edildilər. Çünki onlar, Allahın ayələrini inkar edir və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bütün bunlar, qarşı gəlmələri və həddi aşmalarının bir nəticəsi idi.
Ali İmran/3:181 “Allah fəqir, biz isə zənginik!”– deyənlərin sözünü Allah eşitməkdədir. Söylədiklərini və haqsız yerə peyğəmbərləri öldürmələrini qeyd edəcəyik və "Yandırıb-yaxan əzabı dadın," - deyəcəyik.
Ali İmran/3:183 Onlar, “Atəşin yeyəcəyi bir qurban gətirmədikcə heç bir elçiyə iman etməməmiz mövzusunda Allah bizdən söz aldı," - deyirlər. De ki, “Məndən öncə, açıq-aşkar dəlillərlə birlikdə bu dediyinizi də sizə gətirən elçilər gəldi. Sözünüzün yiyəsisinizsə nə üçün onları öldürdünüz?"

Nisa/4:155 Sözlərini pozmalarından, Allahın ayə və dəlillərini inkar etmələrindən, peyğəmbərləri haqsız yerə öldürmələrindən və “Sabit fikirliyik!”– demələrindən ötrü, bəli inkarlarından ötrü Allah onların anlayışlarını möhürlədi. Bunun üçün çox az hissəsi iman edir.

Maidə/5:70 İsrail oğullarından söz almış, onlara elçilər göndərmişdik. Hər nə vaxt xoşlarına gəlməyən bir şeylə onlara bir elçi gəldisə, bir qismini yalanlayıb, bir qismini də öldürdülər.