Maidə - 5:12 Allah, İsrail oğullarından söz almışdı və içlərindən on iki başçı göndərmişdik. Allah demişdi ki: “Namazı qoruyarsanız, zəkatı verərsəniz, elçilərimə iman edip onlara hörmət qoyarsanız və Allaha gözəl bir borc verərsəniz sizinlə bərabərəm. Günahlarınızı örtər, içlərindən çaylar axan bağçalarda ağırlayaram. Artıq sizdən kim bundan sonra inkar edərsə, doğru yoldan azmış olar."
Cənnətdə qarşılanma:
İnsan/76:12 Müqavimət göstərdikləri üçün onları bağça və ipəklə mükafatlandırar.
İnsan/76:13 Orada taxtlara yaslanarlar; orada nə (yandırıcı) günəş, nə də dondurucu soyuq görərlər.
İnsan/76:14 Ağacların kölgəsi üzərlərinə düşmüş və meyvələr yaxınlaşdırılaraq qopardılmaları asanlaşdırılmışdır.
İnsan/76:15 Onlara gümüş sinilər və şəffaf bardaqlarda verilər.
İnsan/76:16 Gümüşdən düzəldilmiş şəffaf bardaqlar... Onlara tamamilə layiqdirlər.
İnsan/76:17 Orada zəncəfil (ginger) qarışdırılmış bir qədəhdən içirdilərlər.
İnsan/76:19 Onlara ölümsüz gənclər servis edəcəkdir. Onları görsən, onları yayılmış inci sanarsan.
İnsan/76:20 Haraya baxsan nemətlər və böyük bir səltənət görərsən.
İnsan/76:21 Üstlərində yaşıl məxmərdən paltarlar və ipəklər vardır. Gümüş bilərziklər taxmışdırlar. Rəbləri onlara təmiz bir içki içirdər.
İnsan/76:22 Bu, mükafatınızdır və göstərdiyiniz səy üçün təşəkkür edilmişdir.


Ya sin/36:26 (Ölüm anında) Ona, "Cənnətə gir," deyilər. "Kaş ki, mənim xalqım bir bilsəydi..."
Ya sin/36:27 "Rəbbimin məni bağışladığını və məni (hörmətli) qarşıladığını..."

Məryəm/19:85 Müttəqiləri, Rəhmanın hüzurunda qonaq qrupları halında (hörmətli qonaqlar kimi) toplayacağımız...

Zuxruf/43:69 Ayələrimə iman edənlər və təslim olanlar,
Zuxruf/43:70 Siz və həmtaylarınız cənnətə girin; sevinc içində qarşılanacaqsınız.

Fussilət/41:30 "Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərin üzərinə mələklər enər, "Qorxmayın, üzülməyin və dəvətli olduğunuz cənnətlə sevinin."
Fussilət/41:31 "Dünya həyatında da, axirətdə də sizin dostlarınız bizik. Orada nəfsinizin çəkdiyi və istədiyiniz hər şey vardır."

Saffat/37:45 Onlara bulaqlardan doldurulmuş qədəhlər verilər.
Saffat/37:47 Onda nə baş ağrısı, nə də sərxoşluq vardır.
Saffat/37:48 Yanlarında da, gözlərinin içinə baxan gözəl eşlər...