Maidə - 5:13 Sözlərini pozduqları üçün onları lənətlədik, qəlblərini sərtləşdirdik. Sözlərin mənasını kontekstindən dəyişdirirlər. Xəbərdar edildikləri şeylərin bir qismini unutdular. Onların çoxundan sürəkli xəyanət görəcəksən. Onları əfv et və əhəmiyyət vermə. Allah gözəl davrananları sevər.
İsrail oğulları, mənfəətlərinə zidd olan ayələri dəyişdirdilər:
Əraf/7:162 Fəqət onlardan zalım olanlar, sözü, onlara söylənəndən başqası ilə dəyişdirdilər. Biz də zülm etmələrindən ötrü üzərlərinə göydən bir əzab göndərdik.

Bəqərə/2:58 “Bu şəhərə daxil olun. Orada istədiyiniz yerdən bol-bol yeyin. Qapıdan təvazökar olaraq daxil olun və dostca danışın ki, xətalarınızı bağışlayaq. Gözəl davrananlara daha artığını verərik" demişdik.
Bəqərə/2:59 Ancaq içinizdəki zalımlar, onlara verilən kəlmələri başqa kəlmələrlə dəyişdirdilər. Həqiqətən, yoldan çıxdıqları üçün zülm edənlərin üzərinə göydən bir əzab endirdik.
Bəqərə/2:75 Onların sizə inanacaqlarınımı sanırsınız? Halbuki onların bir qismi, Allahın Sözünü eşidib qavradıqdan sonra, bilə-bilə onu dəyişdirirdilər.
Bəqərə/2:146 Kitab verdiklərimiz, bu gerçəkləri övladlarını tanıdıqları kimi tanıyırlar; Amma yenə də onlardan bir qrup bilə-bilə gerçəyi gizlədir.

Maidə/5:13 Sözlərini pozduqları üçün onları lənətlədik, qəlblərini sərtləşdirdik. Sözlərin mənasını kontekstindən dəyişdirirlər. Xəbərdar edildikləri şeylərin bir qismini unutdular. Onların çoxundan sürəkli xəyanət görəcəksən. Onları əfv et və əhəmiyyət vermə. Allah gözəl davrananları sevər.
Maidə/5:44 İçində hidayət və nur olan, Tövratı Biz nazil etdik. Müsəlman peyğəmbərlər onunla Yəhudilər arasında hökm verirdilər. Xaxamlar və din bilənləri də Allahın kitabından əmr edildikləri şeylərlə hökm verirlər və ona görə şahid olurdular. İnsanları ucaltmayın, Məni ucaldın və ayələrimi ucuz bir qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər inkar edəndir.