Maidə - 5:14 “Biz Xristianıq!”– deyənlərdən də söz almışdıq. Ancaq onlar da xəbərdar edildikləri şeylərin bir qismini unutdu. Buna görə də dirilmə gününə qədər aralarına düşmənçilik və kin saldıq. Etdikləri hər şeyi Allah onlara bildirəcək.
Dirilmə gününə qədər aralarına düşmənçilik və kin saldıq:
Maidə/5:64 Yəhudilər "Allahın əli bağlıdır," - dedi. Əslində əlləri bağlı olanlar özləridir... Söylədiklərindən ötrü lənətləndilər. Halbuki Onun iki əli də açıq olub, istədiyi kimi xərcləməkdədir. Rəbbindən sənə nazil edilənlər onlardan çoxunun azğınlığını və inkar etmələrini artıracaqdır. Dirilmə gününə qədər aralarına düşmənçilik və kin saldıq. Hər nə vaxt savaş üçün atəş yandırsalar Allah onu söndürmüşdür. Yer üzündə fəsad törətmək üçün gəzib-dolaşırlar. Allah isə fəsad törədənləri sevməz.