Maidə - 5:16
Onunla Allah, rizasına diqqət edənləri barış və hüzur yollarına yönəldir. İzniylə onları qaranlıqlardan aydınlığa çıxararaq onları ən doğru yola yönəldir.
Barış və hüzur yollarından məqsəd nədir?
Furqan/25:75
Bunlar, səbr etdiklərindən ötrü Cənnət otaqları ilə mükafatlandırılarlar; orada xoşbəxt bir həyat və sülhə (əmin-amanlığa) qovuşdurularlar.
İbrahim/14:1
Əlif. Ləm. Ra. Bir kitabdır. Onu sənə nazil etdik ki, insanları Rəblərinin izni ilə qaranlıqlardan aydınlığa çıxarasan, O Güclü və Tərifə layiq olanın yoluna...
Həcc/22:23
Allaha iman edib müttəqi davrananları, içində çaylar axan Cənnətlərə daxil edər. Orada qızıl bilərziklər və incilər taxacaqlar, oradakı libasları isə ipəkdəndir.
Həcc/22:24
Onlar sözün gözəlinə yönəldilmişlərdir, onlar Ən Çox Təriflənənin yoluna yönəldilmişlərdir.
Yunus/10:25
Allah sülh (əmin-amanlıq) yurduna çağırır və istədiyini doğru bir yola yönəldir.
Rad/13:22
Və onlar ki, müqavimət göstərərlər, sadəcə Rəblərinin razılığını qazanmaq üçün, namazı qoruyarlar, onlara verdiyimiz ruzilərdən gizli və aşkar yardım üçün xərcləyərlər və pisliyi yaxşılıq ilə dəf edərlər. Son dayanacağa onlar layiqdirlər.
Rad/13:24
"Səbr etdiyinizə görə salam (sülh, hüzur) sizə olsun. Bu necə də gözəl son məskəndir."
Hicr/15:45
Müttəqilər isə bağçalar və çeşmələr içindədir.
Hicr/15:46
Oraya sülh və güvənlik içində daxil olun.