Maidə - 5:18
Yəhudilər və Xristianlar: “Biz Allahın oğulları və sevimliləriyik”– dedilər. "Elə isə günahlarınıza görə nə üçün sizi cəzalandırır? Siz sadəcə Onun yaratdığı insanlardansınız," - de. İstəyəni/istədiyini bağışlayır, istəyəni/istədiyini də cəzalandırır. Göylərin, yerin və bunların arasındakıların hökmranlığı Allaha aiddir. Dönüş də Onadır.
Allahın (Özünə) bir övlad qəbul etməsindən söhbət gedə bilməz: Nə üçün?
Ənam/6:101
Göyləri və yeri yoxdan icad edəndir. Zövcəsi olmadığı halda necə olur ki, övladı olur? Hər şeyi O yaratmışdır və O, hər şeyi biləndir.
Cinn/72:3
"Rəbbimiz çox ucadır. O, nə bir həyat yoldaşı, nə də bir övlad seçməmişdir."
Zumər/39:4
Allah bir övlad istəsəydi, yaratdıqlarının arasından istədiyini seçərdi. O, çox Ucadır. O, Tək və Hakim olan Allahdır.
Məryəm/19:35
Allaha bir övlad isnad etməkdən söhbət gedə bilməz. O bundan uzaqdır. Bir işi istədimi, ona sadəcə "Ol," deyər, o da olar.