Maidə - 5:19 Ey kitab əhli! Elçilər arasındakı bir boşluq dönəmindən sonra sizə elçimiz gəlmişdir və sizə gerçəkləri anladır ona görə ki, "Bizə bir müjdələyici və xəbərdarlıq edən gəlmədi," deməyəsiniz. Artıq sizə müjdəçi və xəbərdaredici gəldi. Allah hər şeyə Gücü Yetəndir.
Muhəmməd peyğəmbərin xalqına uzun müddət mesaj və elçi gəlmədi:
Maidə/5:19 Ey kitab əhli! Elçilər arasındakı bir boşluq dönəmindən sonra sizə elçimiz gəlmişdir və sizə gerçəkləri anladır ona görə ki, "Bizə bir müjdələyici və xəbərdarlıq edən gəlmədi," deməyəsiniz. Artıq sizə müjdəçi və xəbərdaredici gəldi. Allah hər şeyə Gücü Yetəndir.

Ənam/6:155 Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.
Ənam/6:156 Artıq, "Bizdən öncəki iki qrupa kitab verildi; biz isə onların öyrəndiklərindən (oxuduqlarından) xəbərsiz idik," deyə bilməzsiniz.
Ənam/6:157 Yaxud, "Bizə də Kitab nazil edilsəydi, onlardan daha (çox) doğru yolda olardıq," da deyə bilməzsiniz. Sizə Rəbbinizdən bir dəlil (bəyyinə), bir hidayət və bir rəhmət gəlmişdir. Allahın ayələrini yalanlayıb ondan üz çevirəndən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri, üz çevirmələrinə görə əzabın ən pisiylə cəzalandıracağıq.

Ya sin/36:6 Ataları xəbərdar edilmədiyindən tamamilə xəbərsiz qalmış bir camaatı xəbərdar etməyin üçün...

Səba/34:44 Onlara, tədqiq edəcəkləri bir Kitab verməmiş və səndən öncə onlara bir xəbərdar edici göndərməmişdik.

Səcdə/32:3 "Onu uydurdu"mu deyirlər? Halbuki bu, səndən öncə özlərinə bir xəbərdar edən (elçi) yetişməmiş bir camaatı, bəlkə yola gələrlər deyə xəbərdar etməyin üçün Rəbbindən gələn bir gerçəkdir.

Qasas/28:46 (Musanı) çağırdığımız zaman Turun yamacında da deyildin. Ancaq, səndən öncə özlərinə  bir xəbərdar edən gəlməmiş bir camaatı xəbərdar etməyin üçün Rəbbindən bir rəhmət olaraq (sənə bilgi veririk); bəlkə öyüd alarlar.