Maidə - 5:2
Ey iman edənlər! Nə Allahın qoyduğu dini ayinlərə, nə müqəddəs aya, nə qurbana, nə onları işarətləyən çələnglərə, nə də Rəblərinin lütf və rizasını axtarmaq üçün Müqəddəs evə doğru yola çıxanlara hörmətsizlik etməyin. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Müqəddəs Məsciddən (Kəbədən) çevirən bir topluluğa olan kininizə görə təxribata yönəlib hücum etməyin. Yaxşılıq etməkdə və müttəqi davranmaqda yardımlaşın. Pislik və düşmənçilikdə yardımlaşmayın. Allahı dinləyin. Allahın cəzası çətindir.
Müqəddəs ay ilə əlaqəli:
Tovbə/9:36
Göyləri və yeri yaratdığı gün Allahın kitabında ayların sayı, Allaha görə on ikidir. Bunlardan dördü isə müqəddəsdir. Bax qüsursuz din budur; o aylarda (savaşaraq) özünüzə zülm etməyin. Amma bütpərəstlər sizinlə cəm halda savaşarlarsa, siz də onlarla cəm halda savaşın. Biləsiniz ki, Allah müttəqi davrananların yanındadır.
Bəqərə/2:217
Səndən müqəddəs (haram) ayda savaşmaq barəsində soruşurlar. De ki: “Bu ayda savaşmaq böyük bir günahdır. Fəqət Allahın yolundan çevirmək, Ona (Allaha) və Müqəddəs Məscidə nankorluq etmək və insanları oradan çıxarmaq Allah yanında daha böyük bir günahdır. Çünki təzyiq və zülm, öldürməkdən daha böyük bir suçdur”. İmkanları olsa, sizi dininizdən döndərənə qədər sizinlə savaşarlar. Sizdən kim dinindən dönərsə və inkarçı olaraq ölərsə, bütün etdikləri dünyada və axirətdə boşa çıxar. Onlar atəş xalqıdır və orada sürəkli qalacaqlar.
Tovbə/9:37
Müqəddəs ayların yerini dəyişdirmək inkar etməyin irəli nöqtəsidir. İnkar edənlər onunla azdırılırlar. Allahın müqəddəs saydığı ayların sayına uyğun gətirmək məqsədiylə onu bir il halal, bir il də müqəddəs sayarlar. Beləcə, Allahın müqəddəs etdiyi ayların müqəddəsliyini pozarlar. Etdikləri pisliklər, gözlərində gözəl görünür. Allah inkar edən topluluğu doğruya yönəltməz.