Maidə - 5:2 Ey iman edənlər! Nə Allahın qoyduğu dini ayinlərə, nə müqəddəs aya, nə qurbana, nə onları işarətləyən çələnglərə, nə də Rəblərinin lütf və rizasını axtarmaq üçün Müqəddəs evə doğru yola çıxanlara hörmətsizlik etməyin. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Müqəddəs Məsciddən (Kəbədən) çevirən bir topluluğa olan kininizə görə təxribata yönəlib hücum etməyin. Yaxşılıq etməkdə və müttəqi davranmaqda yardımlaşın. Pislik və düşmənçilikdə yardımlaşmayın. Allahı dinləyin. Allahın cəzası çətindir.
İşarələyən çələnglər:
Maidə/5:97 Allah, müqəddəs ev Kəbəni, müqəddəs ayları, nəzirləri və onları işarələyən çələngləri (nişanları), insanlar üçün güvənlik ünsürü etdi. Biləsiniz ki, Allah göylərdə və yerdə olanları bilir. Allah hər  şeyi Bilir.