Maidə - 5:21
"Ey xalqım! Allahın sizin üçün ayırdığı müqəddəs torpağa daxil olun. Geri dönməyin, yoxsa zərərə uğrayarsınız."
Məqsəd nədir?
Qasas/28:4
Firon yer üzündə despotca davrandı. Xalqını siniflərə ayırıb onlardan bir qrupu əzib istismar edir, qızlarını sağ buraxıb oğullarını kəsirdi. O, bir fəsadçı idi.
Əraf/7:141
"Bir vaxt sizə ən pis əzabı tətbiq edən Fironun tərəfdarlarından sizi qurtarmışdıq. Qadınlarınızı sağ buraxıb övladlarınızı öldürürdülər. Bunda Rəbbinizdən sizin üçün böyük bir sınaq vardı."
İbrahim/14:6
Bir vaxt, Musa xalqına: "Allahın üzərinizdəki nemətini xatırlayın. Sizə işgəncənin ən pisini tətbiq edən, oğullarınızı kəsib, qadınlarınızı sağ buraxan Fironun adamlarından sizi O qurtardı. Bu, Rəbbinizdən sizin üçün böyük bir sınaq idi," demişdi.