Maidə - 5:27 Onlara Adəmin iki oğlunun hadisəsini doğru anlat. Hərəsi bir qurban nəzir etmişdilər və birindən qəbul edilmiş, digərindən edilməmişdi. "Səni öldürəcəyəm!" - dedi. "Allah ancaq müttəqi olanlardan qəbul edər," dedi.
Qurbanın məqsədi:
Həcc/22:36 Allaha qulluğun bir işarəti olaraq, heyvanların qurban edilməsində sizin üçün faydalar mövcuddur. Onlar sırada düzülmüş halda üzərlərində Allahın ismini xatırlamalısınız. Yanları üzərinə düşdükləri zaman da onlardan yeyin və dilənənə də, dilənməyən yoxsula da yedirdin. Şükür edəsiniz deyə onları sizə amadə qıldıq.
Həcc/22:37 Allaha nə onların ətləri, nə də qanları yetişir; Ona ancaq sizin müttəqi davranışınız yetişir. Onları beləcə sizin xidmətinizə vermişdir ki, sizi doğruya yetişdirdiyi üçün Allahın böyüklüyünü xatırlayasınız.