Maidə - 5:36 İnkar edənlər, yer üzündəkilərin hamısına və bir o qədərinə də sahib olsaydılar və onları dirilmə gününün əzabından qurtulmaq üçün fidyə versəydilər onlardan qəbul edilməzdi. Onlara ağrılı-acılı bir əzab var.
Dirilmə gününün əzabı necədir?
Ğafir/40:71 Boyunlarında halqalar və zəncirlərlə sürüklənəcəklər.
Ğafir/40:72 Qaynar suda, sonra da atəşdə yandırılacaqlar.
Ğafir/40:76 Daimi qalmaq üzrə Cəhənnəmin qapılarından girin! Təkəbbürlənənlərin yeri necə də pisdir.

İbrahim/14:49 O gün günahkarları, zəncirlərə vurulmuş olaraq görərsən.
İbrahim/14:50 Geyimləri qatrandandır və üzlərini atəş bürüyər.

Haqqə/69:32 Sonra, onu yetmiş arşın (dirsək) uzunluğunda bir zəncirə vurun!

Furqan/25:12 Cəhənnəm onları uzaqdan görüncə, onun öfkəsini və uğultusunu eşidərlər.
Furqan/25:13 Zəncirlənmiş olaraq onun dar bir yerindən atıldıqları zaman ölümü çağırarlar.
Furqan/25:14 Bu gün bir ölüm deyil, çoxlu ölüm çağırın.

Saffat/37:62 Bu daha yaxşı bir məskəndir, yoxsa zəqqum ağacımı?"
Saffat/37:64 O, cəhənnəmin dibindən çıxan bir ağacdır.
Saffat/37:66 Onlar ondan yeyərək qarınlarını doyuracaqlar.
Saffat/37:67 Əlavə olaraq onlar üçün cəhənnəmi bir kokteyl (qarışıq içki) vardır.

Rahmən/55:41 Günahkarlar üzlərindən tanınar və zorla götürülərlər.
Rahmən/55:43 Bax bu, günahkarların yalanlayıb durduğu cəhənnəmdir.

Duxan/44:45 Konsentratlı turşu kimi və mədələrdə qaynayacaqdır.
Duxan/44:47 Onu yaxalayın və cəhənnəmin ortasına sürüyün.
Duxan/44:48 Sonra başına qaynar su əzabından tökün.
Duxan/44:49 "Dad görək; sən çox üstün və şərəfli idin!"

Vaqiə/56:51 "Sonra da siz, ey yoldan çıxmışlar, ey yalanlayanlar,"

İbrahim/14:16 Ardından da Cəhənnəm... Dadı pozulmuş sudan içirdilərlər.
İbrahim/14:17 Onu udmağa çalışar, amma boğazından keçirə bilməz. Ölüm ona hər yandan gələr, amma ölə bilməyəcək. Ardından da çətin bir əzab gələcəkdir.

Fatir/35:36 İnkar edənlər üçün cəhənnəm atəşi vardır. Nə ölmələrinə izin verilər, nə də onlardan cəhənnəm cəzası yüngülləşdirilər. Nankorları belə cəzalandırırıq.

Zuxruf/43:74 Günahkarlar, cəhənnəm əzabında əbədi qalacaqlar.
Zuxruf/43:75 Onlardan yüngülləşdirilməz və onlar orada naümiddirlər.
Zuxruf/43:77 "Ey Malik, artıq Rəbbin bizim işimizi bitirsin," deyə səslənərlər. O da, "Siz belə qalacaqsınız," deyər.

Əraf/7:40 Ayələrimizi inkar edənlərə və onlara qarşı təkəbbür göstərənlərə göyün qapısı açılmaz və dəvə iynə deşiyindən keçmədikcə də Cənnətə girə bilməzlər. Günahkarları belə cəzalandırırıq.

Hud/11:106 Bədbəxtlər atəşdədir. Onlar orada sızlayıb inləyərlər.
Hud/11:107 Göylər və yer durduğu müddətcə orada qalacaqlar; ancaq Rəbbin istəyərsə başqa. Rəbbin, İstədiyini Edəndir.

Bəqərə/2:24 Bunu edə bilməsəniz, – əsla edə bilməyəcəksiniz – o təqdirdə inkarçılar üçün hazırlanan və yanacağı insanlar ilə daşlar olan atəşdən çəkinin.

Təhrim/66:6 Ey iman edənlər, yanacağı insanlar və daşlar olan atəşdən özünüzü və ailənizi qoruyun. Atəşin üzərində sərt və güclü mələklər var ki, Allahın əmrinə qarşı gəlməzlər və onlara nə əmr edilmişsə onu yerinə yetirərlər.