Maidə - 5:38 Oğru kişinin və oğru qadının əllərini, etdiklərinə qarşılıq kəsin. Bu, Allahın nəzərdə tutduğu bir çəkindirmə üsuludur. Allah Güclüdür, Hikmət Sahibidir.
Oğrular haqqında:
Maidə/5:38 Oğru kişinin və oğru qadının əllərini, etdiklərinə qarşılıq kəsin. Bu, Allahın nəzərdə tutduğu bir çəkindirmə üsuludur. Allah Güclüdür, Hikmət Sahibidir.

Yusuf/12:69 Yusufun hüzuruna girdiklərində, qardaşını yanına yaxınlaşdırdı və "Mən sənin qardaşınam; onların etdiklərinə üzülmə," dedi.
Yusuf/12:70 Onların ərzaq yükünü hazırladınca bir su qabını qardaşının torbasına qoydu. Daha sonra bir münadi belə səsləndi: "Ey karvan siz oğrularsınız."
Yusuf/12:71 Onları qarşılayaraq, "Nəyi itirdiniz?" dedilər.
Yusuf/12:72 "Kralın su qabını itirdik. Kim onu gətirərsə, ona bir dəvə yükü mükafat veriləcəkdir. Mən buna zaminəm."
Yusuf/12:73 Dedilər ki: "Allaha and olsun, siz də bilirsiniz ki, biz bu ölkədə fəsad törətməyə gəlmədik, biz oğru da deyilik."
Yusuf/12:74 Dedilər: "Yaxşı, əgər yalan söyləyirsinizsə, onun cəzası nədir?"
Yusuf/12:75 Dedilər: "Onun cəzası, kimin torbasında olarsa, o şəxs saxlanılar. Biz zalımları belə cəzalandırırıq."