Maidə - 5:44 İçində hidayət və nur olan, Tövratı Biz nazil etdik. Müsəlman peyğəmbərlər onunla Yəhudilər arasında hökm verirdilər. Xaxamlar və din bilənləri də Allahın kitabından əmr edildikləri şeylərlə hökm verirlər və ona görə şahid olurdular. İnsanları ucaltmayın, Məni ucaldın və ayələrimi ucuz bir qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər inkar edəndir.
Kitabdan bir şey gizləyənlərə / dəyişdirənlərə Rəbbimizin hökmü:
Bəqərə/2:174 Allahın nazil etdiyi kitabdan bir şey gizləyib onu az bir dəyərə dəyişənlər, qarınlarına atəş doldururlar. Dirilmə günündə Allah onlarla danışmaz və onları təmizə çıxarmaz. Onlara ağrı-acı verici bir əzab var.
Bəqərə/2:175 Onlar, hidayət qarşılığında azğınlığı və əfv edilmə qarşılığında əzabı satın almışlardır. Atəşə nə qədər də dözümlüdürlər!
Bəqərə/2:159 Nazil etdiyimiz açıq-aydın dəlilləri və hidayəti, -Biz kitabda insanlara açıqladıqdan sonra- gizləyənləri həm Allah, həm də lənətləyənlər lənətləyər.