Maidə - 5:46 Onların ardından, öncəki Tövratı təsdiqləyici olaraq Məryəm oğlu İsanı göndərdik. Ona, içində hidayət və nur olan, öncəki Tövratı təsdiqləyən və müttəqilər üçün bir yol göstərən və öyüd-nəsihət olan İncili verdik.
İsa peyğəmbər Tövratı təsdiqləmək üçün göndərildi?
Saff/61:6 Bir vaxt İsa, xalqına, "Ey İsrail oğulları, mən, sizə göndərilmiş Allahın bir elçisiyəm. Məndən öncəki Tövratı təsdiqləyici və məndən sonra gələcək və ismi daha çox təriflənən bir elçini müjdələyirəm." Sonra onlara açıq-aşkar dəlilləri göstərdiyində, "Bu açıq-aşkar bir sehrdir," dedilər.

Zuxruf/43:63 İsa açıq-aşkar möcüzələrlə gəlincə demişdi ki, "Sizə hikmət və ayrılığa (ixtilafa) düşdüyünüz mövzulara açıqlama gətirdim. Allahı dinləyin və mənə tabe olun."

Maidə/5:46 Onların ardından, öncəki Tövratı təsdiqləyici olaraq Məryəm oğlu İsanı göndərdik. Ona, içində hidayət və nur olan, öncəki Tövratı təsdiqləyən və müttəqilər üçün bir yol göstərən və öyüd-nəsihət olan İncili verdik.