Maidə - 5:5
Bu gün sizə yaxşı və təmiz şeylər halal edildi. Kitab əhlinin yeyəcəyi sizə halaldır. Sizin də yeyəcəkləriniz onlara halaldır. Mehrlərini ödəməniz, zina etməyib namuslu davranmanız və gizli dost tutmamanız şərtiylə, iman edənlərdən iffətli qadınlarla və sizdən öncə özlərinə kitab verilənlərdən iffətli qadınlarla evlənməniz sizə halaldır. Kim iman etməyi qəbul etməzsə, bütün etdikləri boşa çıxmışdır və o, axirətdə də ziyana uğrayanlardandır.
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82
İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.
Loğman/31:13
Loğman oğluna öyüd verərkən bunu demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."
Zumər/39:65
Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.