Maidə - 5:52 Qəlblərində xəstəlik olanların: “Başımıza bir bəla gəlməsindən qorxuruq”– deyərək onların arasında dolanıb durduqlarını görəcəksən. Ola bilər ki, Allah, zəfəri və ya Öz tərəfindən bir əmr gətirər, sonra da içlərində gizlədikləri düşüncələrinə görə peşman olarlar.
İkiüzlülər ortada çarəsiz vəziyyətdə qalarlar:
Nisa/4:142 İkiüzlülər (münafiqlər), Allahı aldatdıqlarını zənn edər. Halbuki O (Allah), onları (beləcə) aldanmış buraxır. Onlar namaza qalxdıqlarında könülsüz qalxar. Çünki özlərini insanlara göstərərlər və Allahı çox az xatırlayarlar.
Nisa/4:143 (Onlar) arada tərəddüd edib qalarlar; nə bunlara, nə də onlara qatılarlar. Allahın çaşdırdığına bir yol tapa bilməzsən.

Tovbə/9:62 Sizi razı salmaq üçün Allaha and içərlər. Gerçəkdən iman edirlərsə, bilməlidirlər ki, Allah və Elçisi razı edilməyə daha layiqdir.
Tovbə/9:56 Sizinlə həmrəy olduqlarına dair Allaha and içərlər; halbuki sizdən deyillər, onlar ixtilaf (anlaşılmazlıq) yaradan bir topluluqdur.

Mucadilə/58:14 Allahın qəzəbləndiyi bir topluluğu özlərinə dost seçənlərə diqqət etmədinmi? Onlar nə sizdəndir, nə də onlardandır. Onlar bilə-bilə yalan yerə and içərlər!