Maidə - 5:52
Qəlblərində xəstəlik olanların: “Başımıza bir bəla gəlməsindən qorxuruq”– deyərək onların arasında dolanıb durduqlarını görəcəksən. Ola bilər ki, Allah, zəfəri və ya Öz tərəfindən bir əmr gətirər, sonra da içlərində gizlədikləri düşüncələrinə görə peşman olarlar.
Allah içimizdə qurduğumuz pis düşüncələrdən bizi məsuliyyətli tutar:
Nisa/4:108
İnsanlardan gizləyərlər amma Allahdan gizləyə bilməzlər. Halbuki Onun xoşlanmadığı düşüncələri qurarlarkən O onlarla bərabərdir. Allah onların bütün etdiklərini Əhatə Edir.
Fəth/48:12
Əslində siz, elçinin və iman edənlərin əbədi olaraq ailələrinə dönməyəcəklərini sandınız və bu düşüncə könlünüzə xoş gəlmişdi. Pis xəyallar qururdunuz və axırda bayağı bir topluluq oldunuz.
Fəth/48:6
Və Allah haqqında pis düşüncələr bəsləyən ikiüzlü kişilərlə ikiüzlü qadınları və bütpərəst kişilərlə bütpərəst qadınları cəzalandırsın. Pislikləri əks təsir göstərəcəkdir. Allah onlara qəzəblənmiş, onları lənətləmiş və onlar üçün cəhənnəmi hazırlamışdır. Orası necə də pis bir dönüş yeridir.
Maidə/5:52
Qəlblərində xəstəlik olanların: “Başımıza bir bəla gəlməsindən qorxuruq”– deyərək onların arasında dolanıb durduqlarını görəcəksən. Ola bilər ki, Allah, zəfəri və ya Öz tərəfindən bir əmr gətirər, sonra da içlərində gizlədikləri düşüncələrinə görə peşman olarlar.
Ali İmran/3:156
Ey iman edənlər! Səfərə çıxan və ya savaşa gedən qardaşları üçün: “Bizimlə qalsaydılar, nə ölər, nə də öldürülərdilər”– deyən inkarçılar kimi olmayın! Allah bu tip düşüncəni qəlblərində bir üzüntü qaynağı edər. Yaşadan da, öldürən də Allahdır. Allah etdiklərinizi görür.
Hud/11:5
Onlar, sinələrində olanı şüuraltı olaraq Ondan gizləmək istəyərlər. Yaxşı bilin ki, libaslarına büründüklərində belə onların gizlədiklərini və açıqladıqlarını bilir. O, gizli düşüncələri Biləndir.
Əhzab/33:37
Allah tərəfindən özünə yaxşılıq edilən və sənin də yaxşılıq etdiyin şəxsə, "Arvadını saxla və Allaha qarşı diqqətli ol," deyirdin. Beləcə Allahın açığa vuracağı bir şeyi gizləyirdin. Allahdan çəkinməli olduğun halda, insanlardan çəkinirdin. Zeyd zövcəsiylə əlaqəsini kəsdiyində Biz səni onunla evləndirmişdik ki, iman edənlər, övladlığa götürdükləri zövcələri ilə əlaqələrini kəsdiklərində onlarla evlənməkdə çətinliklə qarşılaşmasın. Allahın əmri yerinə yetirilməlidir.
Bəqərə/2:284
Yerdə və göylərdə olanlar Allahındır. İçinizdəkini açıqlasanız da, gizləsəniz də Allah sizi ondan məsul tutar. İstədiyini bağışlayar, istədiyini cəzalandırar. Allah hər şeyə gücü yetəndir.
Əraf/7:200
Şeytandan nə zaman pis bir düşüncə zehnini narahat edərsə, Allaha sığın; O, Eşidəndir, Biləndir!
Əraf/7:201
Müttəqilərə hər nə zaman şeytandan qaranlıq bir təklif yetişsə, dərhal xatırlayarlar. Beləcə dərhal görərlər.
Əraf/7:202
(Şeytanlar) qardaşlarını isə azğınlığa sürükləyərlər və bundan heç geri çəkilməzlər.