Maidə - 5:55 Gerçək dostlarınız, Allah, elçisi və namazı qoruyub təvazökar olaraq zəkatı verən möminlərdir.
Təvazökar olaraq zəkatı verənlər:
İnsan/76:8 Yoxsula, yetimə və dustağa sevdikləri yeməkləri yedirərlər.
İnsan/76:9 "Biz sizi Allah rizası üçün yediririk. Sizdən nə bir qarşılıq, nə də bir təşəkkür gözləmirik."
İnsan/76:10 "Biz, üzü dönmüş və bəlalı bir gündən ötrü Rəbbimizdən çəkinirik."

Bəqərə/2:262 Paralarını (pullarını) Allah yolunda xərclədikdən sonra yaxşılıqlarını minnət qoyub əziyyət etməyənlər üçün Rəbləri qatında mükafatları vardır. Onlara qorxu və üzüntü yoxdur.