Maidə - 5:56 Kim Allahı, elçisini və iman edənləri dost qəbul edərsə, bilsin ki, Allahın partiyası (firqəsi) üstün gələcək.
İnkar edənlərin məğlub ediləcəyi Allahın verdiyi sözdür:
Ali İmran/3:12 İnkar edənlərə bunu söylə: “Məğlub ediləcək və cəhənnəmə sürüklənəcəksiniz." Necə də pis bir məskəndir.

İbrahim/14:47 Allahın, elçilərinə verdiyi sözdən dönəcəyini sanmayın. Allah əlbəttə Üstündür, Öc (İntiqam) alandır.

Ali İmran/3:12 İnkar edənlərə bunu söylə: “Məğlub ediləcək və cəhənnəmə sürüklənəcəksiniz." Necə də pis bir məskəndir.

Rad/13:42 Onlardan öncəkilər də hiylələr qurdular; halbuki bütün hiylələr Allaha aiddir. Hər kəsin qazandığını bilir. Kafirlər də zəfərin kimə aid olduğunu biləcəklər.

Saffat/37:171 Elçiliklə görəvli qullarımız üçün söz verilmişdir.

Mucadilə/58:21 Allah, "Mən və Mənim elçilərim qazanacaqlar," deyə yazmışdır. Allah Güclüdür, Üstündür.
Mucadilə/58:22 Allaha, elçisinə və Axirət gününə iman etmiş bir topluluq görə bilməzsən ki, Allaha və elçisinə qarşı gələnləri dost seçsin. Hətta onlar, özlərinin anaları, ataları, uşaqları, oğulları, qardaşları və əqrəbaları olsa belə... Qəlblərinə inancı yazmış və qatından bir vəhylə dəstəkləmişdir. Onları içlərindən çaylar axan, əbədi qalacaqları cənnətlərə daxil edər. Allah onlardan razı olmuşdur, onlar da Ondan razı olmuşlardır. Onlar Allahın partiyasıdır (firqəsidir). Heç şübhəsiz, Allahın partiyası (firqəsi) qazanacaqdır.

Nisa/4:141 Onlar sizə göz qoyurlar. Allahdan sizə bir zəfər gəldiyində: “Biz sizinlə birlikdə deyildikmi?”– deyərlər. Qazanma sırası inkar edənlərə gələrsə bu səfər, “Biz sizə dəstək olaraq sizi iman edənlərdən qorumadıqmı," - deyərlər. Dirilmə günü, Allah aranızda hökm verəcəkdir. Allah inkar edənlərə, iman edənlər üzərində hakim olma fürsətini verməyəcək.

Saff/61:8 Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. İnkar edənlər xoşlanmasa da Allah nurunu tamamlayacaqdır.
Saff/61:9 O, elçisini hidayət və gerçək din ilə göndərdi ki, onu bütün dinlərə üstün etsin, ortaq qoşanlar xoşlanmasa da...

Nur/24:55 Allah, iman edib müttəqi davrananlarınızı, onlardan öncəkiləri hakim etdiyi kimi onları da hakim edəcəyinə, onlar üçün seçdiyi dini bərqərar edəcəyinə və qorxularını güvənə çevirəcəyinə (dair) söz vermişdir. Çünki onlar Mənə qulluq edərlər və Mənə heç bir şeyi ortaq qoşmazlar. Bundan sonra inkar edənlər, yoldan çıxmış olanlardır.