Maidə - 5:57 Ey iman edənlər! Sizdən öncəki Kitab əhli və inkarçılar arasında dininizi ələ salıb və əyləncə hesab edənləri dost qəbul etməyin. İman etmişsinizsə, Allahı dinləməlisiniz.
Hansı Yəhudiləri və Xristianları dost seçməməliyik?
Maidə/5:57 Ey iman edənlər! Sizdən öncəki Kitab əhli və inkarçılar arasında dininizi ələ salıb və əyləncə hesab edənləri dost qəbul etməyin. İman etmişsinizsə, Allahı dinləməlisiniz.

Ənkəbut/29:46 Kitab əhli ilə, zalım olanları xaric ən gözəl bir tərzdə mübahisə edin və: "Bizə nazil edilənə iman etdik və sizə nazil edilənə də iman etdik. Bizim Tanrımız, sizin də Tanrınız birdir. Biz sadəcə Ona təslim olduq," deyin.

Mumtəhənə/60:8 Allah, din uğrunda sizinlə savaşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətli davranmanızı qadağan etməz. Allah ədalətli davrananları sevər.
Mumtəhənə/60:9 Ancaq Allah, sadəcə, sizinlə din uğrunda savaşan, sizi yurdunuzdan çıxardan və çıxarılmanıza yardım edən kimsələrlə dost olmanızı qadağan edər. Onları dost seçənlər zalımlardır.

Ali İmran/3:28 İman edənlər, iman edənləri buraxıb inkar edənləri dost seçməsinlər. Kim bunu edərsə Allah ilə bir əlaqəsi qalmaz. Ancaq onlardan qorxma halınız başqa... Allah Özü haqqında sizə xəbərdarlıq edir. Dönüş Allahadır.

Maidə/5:58 Namaza çağırdığınızda onu məsxərəyə qoyub əyləndilər. Düşünməyən bir camaatdır onlar.
Maidə/5:17 “Allah Məryəm oğlu Məsihdir,”– deyənlər əlbəttə kafir olmuşdurlar. De ki: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəyərsə, kim buna əngəl ola bilər?” Göylərin, yerin və arasındakıların hökmranlığı Allaha aiddir. İstədiyini yaradır. Allah hər şeyə Gücü Yetəndir.