Maidə - 5:6 Ey iman edənlər! Namaza qalxdığınız zaman yuyun; üzünüzü, dirsəklərə qədər əllərinizi. Sığallayın: başınızı və topuqlara qədər ayaqlarınızı, əgər cinsi əlaqədə olmuşsunuzsa yuyunun. Xəstə və ya səfərdəsinizsə, yaxud ayaq yolundan gəlmiş, yaxud qadınlarla cinsi əlaqədə olmuş və su tapa bilməmişsinizsə, təmiz bir torpağa yönəlib üzünüzü və qollarınızı onunla sığallayın. Allah sizi çətinliyə salmaq istəməz. Ancaq sizi təmizləmək və üzərinizdəki nemətini tamamlamaq istəyir. Ola bilər ki, şükür edərsiniz.
Rəbbimizin üzərimizdəki nemətini tamamlamasından nə anlamalıyıq?
Bəqərə/2:150 Hansı tərəfdən yola çıxarsan çıx, (namaz üçün) üzünü Müqəddəs Məscidə doğru çevirməlisən! Harada olursunuzsa olun, üzünüzü onun tərəfinə çevirin ki, insanların sizə qarşı (tənqid edəcək) bir dəlili olmasın. Zalımlara gəlincə, onlardan çəkinməyin, Məndən çəkinin ki, sizə olan nemətimi tamamlayım və siz də doğruya yetişə biləsiniz.

Fəth/48:2 (Ona görə) ki Allah, keçmiş və gələcək günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın və səni doğru yola yönəltsin.