Maidə - 5:64 Yəhudilər "Allahın əli bağlıdır," - dedi. Əslində əlləri bağlı olanlar özləridir... Söylədiklərindən ötrü lənətləndilər. Halbuki Onun iki əli də açıq olub, istədiyi kimi xərcləməkdədir. Rəbbindən sənə nazil edilənlər onlardan çoxunun azğınlığını və inkar etmələrini artıracaqdır. Dirilmə gününə qədər aralarına düşmənçilik və kin saldıq. Hər nə vaxt savaş üçün atəş yandırsalar Allah onu söndürmüşdür. Yer üzündə fəsad törətmək üçün gəzib-dolaşırlar. Allah isə fəsad törədənləri sevməz.
Əlaqəli:
Bəqərə/2:83 İsrail oğullarından bu cür söz almışdıq: “Allahdan başqasına qulluq/xidmət etməyəcəksiniz, anaya, ataya, yaxınlara, yetimlərə və yoxsullara yaxşılıq edəcəksiniz. İnsanlarla dost kimi danışacaqsınız. Namazı qoruyacaq və zəkatı verəcəksiniz!” Fəqət bundan sonra az bir qisminiz istisna olmaqla, üz çevirib döndünüz.
Bəqərə/2:84 “Bir-birinizin qanını tökməyəcəksiniz və bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– deyə də sizdən söz almışdıq. Bunu qəbul etmiş və şahid olmuşdunuz.
Bəqərə/2:85 Bütün bunlardan sonra, siz hələ də bir-birinizi öldürür, aranızdan bir qrupu yurdlarından çıxarır, pislik və düşmənçilik etməkdə onlara qarşı birləşirsiniz. Onları yurdlarından çıxarmanız sizə haram edildiyi halda, bu yetməyirmiş kimi sizə əsir düşdüklərində də, bir də onlardan fidyə istəyirsiniz. Yoxsa siz Kitabın bir qisminə iman edib, bir qismini inkarmı edirsiniz? Bu cür davrananların cəzası dünya həyatında rəzil olmaq, Dirilmə günündə də əzabın ən şiddətlisinə uğradılmaqdan başqa nə ola bilər? Allah etdiklərinizdən qafil (bixəbər) deyildir.