Maidə - 5:68 De: "Kitablılar! Tövratı, İncili və Rəbbinizdən sizə nazil ediləni tətbiq etmədikcə heç bir təməliniz olmaz." Rəbbindən sənə nazil edilənlər, onların əksəriyyətinin azğınlıq və inkarını artırar. İnkar edən camaat üçün özünü üzmə.
Kitab əhlinin inkar edənləri, mənfəətlərinə zidd ayələrdən, tələb olanı yerinə yetirməyərək üz çevirdilər:
Maidə/5:68 De: "Kitablılar! Tövratı, İncili və Rəbbinizdən sizə nazil ediləni tətbiq etmədikcə heç bir təməliniz olmaz." Rəbbindən sənə nazil edilənlər, onların əksəriyyətinin azğınlıq və inkarını artırar. İnkar edən camaat üçün özünü üzmə.

Cumuə/62:5 Özlərinə Tövrat verilib və onun tələbini yerinə yetirməyənlərin örnəyi, kitablar daşıyan eşşəyin vəziyyətinə bənzəyir. Allahın ayələrini yalanlayan topluluğun vəziyyəti necə də pisdir. Allah zalım camaatı doğruya yetişdirməz.

Maidə/5:62 Onların çoxunu günahda, düşmənçilikdə və haram yeməkdə tələsən görərsən. Etdikləri necə də pisdir!
Maidə/5:63 Xaxamları və din xadimləri onları bu günah sözləri söyləməkdən, haram yeməkdən çəkindirməli deyildimi? Etdikləri necə də pisdir!

Bəqərə/2:40 İsrail oğulları! Sizə verdiyim nemətimi xatırlayın, Mənə verdiyiniz sözü tutun ki, Mən də sizə verdiyim sözü tutum; yalnız Məndən qorxun!
Bəqərə/2:44 İnsanları yaxşılıq etməyə çağırdığınız halda, özünüzü unudursunuz? Üstəlik kitabı da oxuyursunuz? Ağlınızı istifadə etmirsiniz?

Nisa/4:161 Çəkindirildikləri halda, sələm (riba) almalarından və insanların parasını (pulunu) haqsızlıqla yemələrindən ötrü... Onların inkar edənlərinə ağrılı-acılı bir əzab hazırladıq.

Maidə/5:15 Kitab əhli, kitabın gizlədiyiniz bir çox bölümünü açıqlayan və bir çoxunu da üzünüzə vurmayan elçimiz gəldi sizə. Allahdan bir nur və açıq-aşkar bir kitab da gəldi sizə.