Maidə - 5:71
İmtahan edilməyəcəklərini sandılar, korlaşıb, karlaşdılar. Sonra Allah yönəlmələrini (tövbələrini) qəbul etdi; fəqət buna rəğmən əksəriyyəti yenə korlaşıb, karlaşdı. Allah etdiklərini görməkdədir.
İsrail oğulları necə imtahan olundular?
Ta ha/20:86
Musa, qəzəbli və məyus halda xalqının yanına döndü və, "Xalqım, Rəbbiniz sizə gözəl bir söz verməmişdimi? Gözləyə bilmədinizmi? Yoxsa Rəbbinizin qəzəbinə uğramaq üçünmü mənimlə etdiyiniz sözləşməni pozdunuz," dedi.
Ta ha/20:87
(Onlar:) "Sənə verdiyimiz sözü öz başımıza görə pozmadıq. O xalqın süs əşyaları bizə daşıtdırıldı. Onları atdıq. Samiri bax belə bir şey ortaya çıxartdı," dedilər.
Ta ha/20:88
Onlar üçün, böyürən bir buzov heykəli (düzəldib) çıxartdı. "Bax sizin və Musanın tanrısı budur. Fəqət o (Musa) unutdu," dedilər.
Ta ha/20:90
Harun isə: "Xalqım, onunla sınanırsınız. Rəbbiniz Rəhmandır. Mənə tabe olun və əmrimə itaət edin," deyə onları öncədən xəbərdar etmişdi.