Maidə - 5:71 İmtahan edilməyəcəklərini sandılar, korlaşıb, karlaşdılar. Sonra Allah yönəlmələrini (tövbələrini) qəbul etdi; fəqət buna rəğmən əksəriyyəti yenə korlaşıb, karlaşdı. Allah etdiklərini görməkdədir.
İsrail oğullarının Allaha yönəlmələri:
Bəqərə/2:54 Musa öz qövmünə demişdi: “Ey qövmüm! Siz buzova qulluq/xidmət etməklə nəfsinizə (şəxsiyyətinizə, özünüzə, ruhunuza) zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və nəfsinizi (eqonuzu) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir”. O, sizi əfv edər. Əlbəttə O, tövbələri qəbul edəndir, Rəhmlidir.
Bəqərə/2:51 Musa ilə qırx gecə üçün sözləşmişdik. Ancaq siz onun ardından özünüzə zülm edərək buzova qulluq/xidmət etdiniz.
Bəqərə/2:52 Buna rəğmən, şükür edərsiniz deyə sizi əfv etdik.