Maidə - 5:72 "Allah Məryəm oğlu Məsihdir," – deyənlər əlbəttə inkar etmişdir. Halbuki Məsih, “İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha qul olun!" demişdi. Kim Allaha ortaq qoşarsa, Allah ona Cənnəti qadağan edər, yeri də atəş olar. Zalımlar üçün yardımçı da tapılmaz.
Əməllərinin puç edilməsi səbəbi ilə, Allaha ortaq qoşanların zalımlıqları / zülmləri öz nəfslərinədir:
Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.

Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.