Maidə - 5:72
"Allah Məryəm oğlu Məsihdir," – deyənlər əlbəttə inkar etmişdir. Halbuki Məsih, “İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha qul olun!" demişdi. Kim Allaha ortaq qoşarsa, Allah ona Cənnəti qadağan edər, yeri də atəş olar. Zalımlar üçün yardımçı da tapılmaz.
Əlaqəli:
Ali İmran/3:50
"Məndən öncəki Tövratı təsdiqləmək və sizə haram edilən bəzi şeyləri halal etmək üçün göndərildim. Sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahı dinləyin və məni izləyin."
Ali İmran/3:51
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."
Maidə/5:116
Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."
Maidə/5:117
"Mən onlara 'Rəbbim və Rəbbiniz olan Allaha qulluq edin' deyə mənə əmr etdiyindən başqasını demədim. Aralarında olduğum müddətcə onlara şahid idim. Canımı aldıqdan sonra isə Sən (Özün) onların üzərində nəzarətçi oldun. Sən hər şeyə Şahidsən."