Maidə - 5:75 Məryəm oğlu Məsih elçidən başqa bir şey deyildi. Ondan öncə də neçə-neçə elçilər gəlib keçmişdi. Anası da doğru sözlü idi. Hər ikisi də yemək yeyirdi. Ayələrimizi onlara necə açıqladığımıza diqqət et, sonra buna rəğmən necə də üz çevirdiklərini gör!
Məsihi və anası Məryəmi tanrı qəbul etdilər:
Maidə/5:116 Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."