Maidə - 5:90 Ey iman edənlər! Sərxoş edici maddələr, qumar, müqəddəs daş və ziyarətgahlar, şans oyunları şeytan əməli olan bir pislikdir. Bunlardan çəkinin ki, qurtulasınız.
Sərxoş edicilər haqqında:
Maidə/5:90 Ey iman edənlər! Sərxoş edici maddələr, qumar, müqəddəs daş və ziyarətgahlar, şans oyunları şeytan əməli olan bir pislikdir. Bunlardan çəkinin ki, qurtulasınız.
Maidə/5:91 Şeytan, sərxoşedicilərlə, qumarla aranıza düşmənçilik və kin salmaq, sizi Allahı xatırlamaqdan və namazdan ayırmaq istəyir. Artıq (bunlardan) əl çəkirsinizmi?

Bəqərə/2:219 Səndən sərxoş edicilər və qumar barəsində soruşarlar: “O ikisində böyük bir günah və insanlar üçün yararlar var; ancaq günahları yararlarından daha böyükdür,”-de. Ayrıca, sədəqə olaraq nəyi verəcəklərini səndən soruşarlar: “Artığı” de. Allah ayələrini sizə belə açıqlayır ki, düşünəsiniz...

Nisa/4:43 Ey iman edənlər! Sərxoş ikən nə dediyinizi bilənə qədər, səfərdə olanlar xaric cinsi əlaqədən sonra yuyununcaya qədər namaza durmayın. Xəstə və ya səfərdəsinizsə, yaxud biriniz ayaq yolundan gəlmişsə, yaxud qadınlarla cinsi əlaqəyə girib, su tapa bilməmişsinizsə, təmiz və quru bir torpağa toxunub üzünüzə və əllərinizə sürtərək təyəmmüm edin. Allah Əfv edər, Bağışlayar.