Maidə - 5:93 İman edib müttəqi işlər görənlər, əmrlərə tabe olaraq iman edib muttəqi davrandıqları, günahlardan çəkinib iman etdikləri və yenə çəkinib yaxşılıq etdikləri müddətcə yediklərindən ötrü onlara bir günah yoxdur. Allah yaxşı davrananları sevər.
Qumar, sərxoş edici kimi azğın yollarla qazanc əldə edənlər, tövbə edib təkrarlamamaq və yaxşı işlərdə istifadə etmək üzrə bu gəliri xərcləyə bilər, yeyə bilər:
Bəqərə/2:275 Sələm (riba) yolu ilə para (pul) yeyənlər, şeytanın çarpdığı kimsə kimi ayağa qalxarlar. Bu, onların, “Sələm (riba) alış-veriş kimidir,”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi (ribanı) isə haram etdi. Kimə Rəbbindən bir öyüd gələndən sonra vaz keçərsə, keçmişdə qazandıqlarını saxlaya bilər; işi də Allaha qalmışdır. Davam edənlər isə cəhənnəm xalqıdır və orada sürəkli qalarlar.