Maidə - 5:95
Ey iman edənlər! İhramda ikən (Həcc üçün müqəddəs bölgədə ikən) ov heyvanı öldürməyin. Sizdən kim qəsdən onu öldürərsə cəzası, aranızdan iki ədalətli şəxsin qərarlaşdırmasına əsasən ona uyğun bir ev heyvanı qurban olaraq Kəbəyə göndərməsidir. Yaxud cəza olaraq, yoxsulları doyurması ya da buna uyğun oruc tutması lazımdır. Beləcə etdiyinin vəbalını dadmış olsun. Keçmişdəkiləri Allah əfv etdi. Kim bunu təkrarlayarsa Allah ondan öc alar. Allah Üstündür, Öc Alandır.
Allah öc alandır:
Səcdə/32:22
Ona Rəbbinin ayələri xatırladıldıqdan sonra onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Biz günahkarlardan əlbəttə öc (intiqam) alacağıq.
Zuxruf/43:54
Beləcə xalqını yanıltdı və onlar da ona uydular. Onlar bayağı insanlar idi.
Zuxruf/43:55
Bizimlə savaşmaqda israr edincə onlardan öc (intiqam) aldıq, hamısını boğduq.
Ali İmran/3:4
Bundan öncə insanlara yol göstərən olaraq, Qanunlar kitabını nazil etdi. Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Üstündür, Öc Alandır.
Maidə/5:95
Ey iman edənlər! İhramda ikən (Həcc üçün müqəddəs bölgədə ikən) ov heyvanı öldürməyin. Sizdən kim qəsdən onu öldürərsə cəzası, aranızdan iki ədalətli şəxsin qərarlaşdırmasına əsasən ona uyğun bir ev heyvanı qurban olaraq Kəbəyə göndərməsidir. Yaxud cəza olaraq, yoxsulları doyurması ya da buna uyğun oruc tutması lazımdır. Beləcə etdiyinin vəbalını dadmış olsun. Keçmişdəkiləri Allah əfv etdi. Kim bunu təkrarlayarsa Allah ondan öc alar. Allah Üstündür, Öc Alandır.
İbrahim/14:47
Allahın, elçilərinə verdiyi sözdən dönəcəyini sanmayın. Allah əlbəttə Üstündür, Öc (İntiqam) alandır.
Hicr/15:78
Gerçəkdən Əykə əhli də zalımlardan idi.
Hicr/15:79
Onlardan öc (intiqam) aldıq. Hər ikisi də sənədlənmişdir.
Zumər/39:37
Allahın yol göstərdiyini də heç kimsə azdıra bilməz. Allah Üstün və Öc (İntiqam) Alan deyilmi?
Zuxruf/43:24
O da, "Sizə, atalarınızı üzərində gördüyünüzdən daha doğrusunu gətirmiş olsam da?" deyərdi. Onlar da, "Sizin gətirdiyiniz mesajı inkar edirik," deyərdilər.
Zuxruf/43:25
Biz də onlardan öc (intiqam) aldıq. Bax, yalanlayanların aqibətinə.
Əraf/7:135
Onları söz etdikləri fəlakətlərdən müəyyən bir müddət üçün qurtarınca da sözlərindən dönürdülər.
Əraf/7:136
Biz də onlardan öc (intiqam) aldıq. Ayələrimizi yalanlayıb əhəmiyyət vermədikləri üçün onları dənizdə boğduq.
Duxan/44:16
Əsl o böyük yaxalama ilə yaxaladığımızda öc (intiqam) alarıq.