Maidə - 5:95 Ey iman edənlər! İhramda ikən (Həcc üçün müqəddəs bölgədə ikən) ov heyvanı öldürməyin. Sizdən kim qəsdən onu öldürərsə cəzası, aranızdan iki ədalətli şəxsin qərarlaşdırmasına əsasən ona uyğun bir ev heyvanı qurban olaraq Kəbəyə göndərməsidir. Yaxud cəza olaraq, yoxsulları doyurması ya da buna uyğun oruc tutması lazımdır. Beləcə etdiyinin vəbalını dadmış olsun. Keçmişdəkiləri Allah əfv etdi. Kim bunu təkrarlayarsa Allah ondan öc alar. Allah Üstündür, Öc Alandır.
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.