Maidə - 5:96
Dəniz heyvanlarını ovlamaq və onları yemək sizə halal edildi. Sizə və yolçulara (səfərdə olanlara) dolanacaq vasitəsi olsun deyə... İhramda olduğunuz müddətcə quruda ov etmək sizə qadağan edildi. Hüzuruna toplanacağınız Allahı dinləyin.
Dəniz heyvanları:
Nəhl/16:14
O ki, dənizi əmrinizə sunmuşdur; ondan təzə ət yeyirsiniz, ondan geyim və zinət üçün süslər çıxarırsınız. Gəmilərin dənizi yara-yara axıb getdiyini görürsünüz. Beləcə Onun lütfünü axtararsınız və bəlkə Ona şükür edərsiniz.
Fatir/35:12
İki dəniz bir-birinə eyni deyildir. Bu təzə və dadlı içilməsi rahatdır, bu isə duzlu və acıdır. Hamısından təzə ət yeyirsiniz və taxacağınız zinət əşyaları çıxarırsınız. Onun lütfünü axtaran gəmilərin onu yararaq axdığını görürsən. Bəlkə artıq şükür edərsiniz.