Maidə - 5:96 Dəniz heyvanlarını ovlamaq və onları yemək sizə halal edildi. Sizə və yolçulara (səfərdə olanlara) dolanacaq vasitəsi olsun deyə... İhramda olduğunuz müddətcə quruda ov etmək sizə qadağan edildi. Hüzuruna toplanacağınız Allahı dinləyin.
Bizim dolanışığımız üçün yaradılanlara örnəklər:

Naziat/79:27 Sizmi, yoxsa göymü yaradılış baxımından daha çətindir? Onu O yaratdı.
Naziat/79:29 Gecəsini qaraltdı, səhərini isə ortaya çıxardı.
Naziat/79:33 Bütün bunlar sizin və heyvanlarınızın dolanışığı üçündür.