Mumtəhənə - 60:12 Ey Peyğəmbər, iman edən qadınlar sənə sığındıqlarında, Allaha heç bir şeyi ortaq qoşmamaq, oğurluq etməmək, zina etməmək, uşaqlarını öldürməmək, bir iftira uydurub gətirməmək və doğru işlərdə sənə qarşı gəlməmək üzrə and içib söz verərlərsə, onların sözünü qəbul et və onlar üçün Allahdan bağışlanma dilə. Allah Bağışlayandır, Rəhmlidir.
Övladlarını öldürənlər ilə əlaqəli:
İsra/17:31 Fəqirlik qorxusuyla uşaqlarınızı öldürməyin. Sizi də, onları da biz ruziləndiririk. Onları öldürmək, böyük bir günahdır.

Ənam/6:151 De ki: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini söyləyim." Ona heç bir şeyi ortaq qoşmayın. Ana-ataya yaxşı davranın. Yoxsulluq qorxusuyla övladlarınızı öldürməyin; Sizi də, onları da Biz bəsləyirik. Böyük günahların aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın qutlu hesab etdiyi cana haqsız yerə qıymayın. Bunlar, düşünəsiniz deyə Onun sizə verdiyi öyüdlərdir.
Ənam/6:137 Beləcə, onların (Tanrı adından hökm verən) ortaqları, övladlarını öldürməyi belə müşriklərin (ortaq qoşanların) çoxuna yaxşı bir şeymiş kimi göstərdilər. Beləcə onları məhv etdilər və dinlərini qarışdırıb pozdular. Allah istəsəydi bunu edə bilməzdilər. Onlardan və uydurduqları şeylərdən uzaq dur.

Nəhl/16:57 Uca Allaha qızları ayırırlar; özlərinə də xoşlandıqlarını...
Nəhl/16:58 Onlardan birinə dişi müjdələndiyi zaman, böyük bir öfkəylə üzü qapqara qaralır.
Nəhl/16:59 Ona müjdələnən 'pislikdən' utanaraq insanlardan özünü gizləməyə çalışır. İndi onu utana-utana saxlasınmı, yoxsa torpağamı basdırsın?! Verdikləri qərar necə də pisdir!

Zuxruf/43:15 Qullarından bəzilərini Ona bir pay olaraq ayırdılar. İnsan gerçəkdən açıq-aşkar bir nankordur.
Zuxruf/43:16 Yaratdıqlarından qızları Özünə ayırdı sonra da oğulları sizəmi seçdi?
Zuxruf/43:17 Onlardan biri, Rəhmana isnad etdiyi (qız uşağı) ilə müjdələnincə, əhvali-ruhiyyəsi pozularaq üzü qapqara olar:
Zuxruf/43:18 "Süslər içində yetişdirilməsinə rəğmən mücadilədə bacarıqsız olanmı?!"
Zuxruf/43:19 Rəhmanın qulları olan mələkləri dişi hesab etdilər! Onların yaradılışlarına şahidmi oldular? Bu şahidlikləri qeyd ediləcək (yazılacaq) və sorğu-suala çəkiləcəklər.

Təkvir/81:8 Diri-diri (torpağa) basdırılan qız uşağı soruşulduğu zaman: