Mumtəhənə - 60:12
Ey Peyğəmbər, iman edən qadınlar sənə sığındıqlarında, Allaha heç bir şeyi ortaq qoşmamaq, oğurluq etməmək, zina etməmək, uşaqlarını öldürməmək, bir iftira uydurub gətirməmək və doğru işlərdə sənə qarşı gəlməmək üzrə and içib söz verərlərsə, onların sözünü qəbul et və onlar üçün Allahdan bağışlanma dilə. Allah Bağışlayandır, Rəhmlidir.
Əlaqəli:
Mumtəhənə/60:10
Ey iman edənlər, iman edən mühacir qadınlar sizə sığındığında onları sorğu-sual edin. Allah onların inanclarını çox yaxşı bilir. İnanclı olduqlarını anlasanız, onları kafirlərə geri göndərməyin. Nə bunlar o inkar edənlərə halaldır, nə də onlar bunlara halaldır. İnkar edənlərin xərclədiyi mehrlərini onlara geri verin. Mehrlərini ödədiyiniz təqdirdə bunlarla evlənmənizdə məhzur yoxdur. İnkar edən qadınları öhdəliyinizdə saxlamayın. Onlara xərclədiyiniz mehrlərinizi istəyə bilərsiniz, onlar da verdikləri mehrlərini istəyə bilərlər. Bu, Allahın hökmüdür. O aranızda hökm verir. Allah Biləndir, Hikmət Sahibidir.