Saff - 61:14
Ey iman edənlər, Allahı dəstəkləyənlər olun. Necə ki, Məryəm oğlu İsa, tələbələrinə, "Allah yolunda kim mənim dəstəkçilərim olar?" deyə soruşmuşdu. Tələbələri, "Biz Allahın dəstəkçiləriyik," demişdilər. İsrail oğullarından bir qrup iman etdi, bir qrup da inkar etdi. İman edənləri düşmənlərinə qarşı dəstəklədik; onlar üstün gəldilər.
Məryəm oğlu İsa, nə üçün dəstəkçi istədi?
Ali İmran/3:49
"İsrail oğullarına göndərilən bir elçi olaraq (deyəcək ki): Mən sizə, Rəbbinizdən bir dəlil ilə gəldim. Sizə palçıqdan quş heykəli düzəldib ona üfürərəm və Allahın izni ilə bir quş olar. Allahın izni ilə koru və cüzamlını yaxşılaşdırar, ölünü dirildərəm. Nə yediyinizi və evlərinizdə nələr yığıb saxladığınızı sizə bildirə bilərəm. İman edəcəksinizsə bu dəlillər sizin üçün yetərlidir."
Ali İmran/3:50
"Məndən öncəki Tövratı təsdiqləmək və sizə haram edilən bəzi şeyləri halal etmək üçün göndərildim. Sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahı dinləyin və məni izləyin."
Ali İmran/3:51
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."
Ali İmran/3:52
İsa onlardan inkarçı bir rəftarı hiss edincə, "Allah yolunda kim mənə yardımçı olacaq?" - dedi. Tələbələri, “Biz Allahın yardımçılarıyıq; Allaha iman etdik. Müsəlman olmağımıza şahid ol", deyə qarşılıq verdilər.
Ali İmran/3:53
"Rəbbimiz, nazil etdiyinə iman etdik və elçiyə tabe olduq. Bizi şahidlər siyahısına yaz!”