Saff - 61:2 Ey iman edənlər, nə üçün etmədiyiniz və ya etməyəcəyiniz şeyləri söyləyirsiniz?
Nə üçün etmədiyiniz və ya etməyəcəyiniz şeyləri söyləyirsiniz?
Bəqərə/2:44 İnsanları yaxşılıq etməyə çağırdığınız halda, özünüzü unudursunuz? Üstəlik kitabı da oxuyursunuz? Ağlınızı istifadə etmirsiniz?

Tovbə/9:75 Hətta bəziləri, "Bizə lütfündən verərsə, paramızı yardım üçün xərcləyəcəyik və dürüst insanlardan olacağıq," deyə Allaha söz verdilər.
Tovbə/9:76 Fəqət, onlara Öz lütfündən verincə, simicləşdilər və üz çevirərək döndülər.

Ali İmran/3:188 Sanma ki, verdikləriylə qürürlanan və etmədikləri şeylərdən ötrü təriflənməyi sevənlər, bəli sanma ki, onlar əzabdan qurtulacaq. Onlara ağrılı-acılı bir əzab var.

Şuəra/26:224 Şairlər(ə gəlincə), onlara da azğınlar uyarlar.
Şuəra/26:225 Onların hər vadidə qaçdıqlarını (vəziyyətə görə yön dəyişdirdiklərini) görmürsənmi?
Şuəra/26:226 Və onlar etmədikləri şeyləri söyləyərlər.

Saff/61:2 Ey iman edənlər, nə üçün etmədiyiniz və ya etməyəcəyiniz şeyləri söyləyirsiniz?
Saff/61:3 Etmədiyiniz şeyi söyləməyiniz, Allah qatında ən sevilməyən davranışlardandır.